Sərnişin qatarı relsdən çıxdı 7 ölü

Sərnişin qatarı relsdən çıxdı 7 ölü

Hindistanın şimalında sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı yeddiyə çatıb, 30 nəfər isə müxtəlif xəsarətlər alıb. SİA bu barədə xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Uttar-Pradeş ştatının Ray-Bareli rayonunda baş verib.

Qatarın Malda şəhərindən ölkənin paytaxtı Nyu-Deliyə getdiyi bildirilir. Hazırda qəzanın baş vermə səbəbləri açıqlanmır.

Hadisə zamanı sərnişinlərin qatarda bloklanmış vəziyyətdə qalması ehtimalı əsas götürülərək, hazırda hadisə yerinə xilasetmə qrupu göndərilib.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hökumət ölənlərin sayının artacağını istisna etmir

Hazırda baş verənlərə bağlı araşdırma aparılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə