Böyük Britaniya ailəsi haqqında şok iddia irəli sürülüb

Böyük Britaniya ailəsi haqqında şok iddia irəli sürülüb

Şahzadə Harrinin eks-mühafizəçisinin kompüterindən 10 mindən çox uşaq porno görüntüləri ortaya çıxıb. Keçmiş mühafizəçisi Timoti Murfittin heyvanlara təcavüz etdiyinə dair fotoları da üzə çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Murfitt iddiaları rədd edib. O bildirib ki, görüntülərin kompüterinə necə yerləşdirilməsi barədə xəbərsizdir, həmçinin əlavə edib ki, əsgərlikdə yaşadığı travmadan sonra heç nə xatırlamır.

Bu hadisə İngiltərəni sarsıdıb, lakin məlum olub ki, Murfitt hərbi xidmətdə olarkən nümunə reyestrinə görə həbs cəzasından xilas olub.

Hakim Martin Hüseyn Murfittə "Hərbi qulluğunuz diqqətçəkicidir. Bu tamamilə sizdən asılı olmayan səbəbdən dolayı baş verib. Belə bir şey təkrarlanmamalıdır. Əməkdaşlığınız və digər amillər nəzərə alındıqda, cəzanızı təxirə almağa hazıram", - deyib.

Murfitt 6 ay həbs cəzasına məhkum edilib, ancaq cəzasını 2 il müddətinə təxirə salınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə