Kürdəmirdə 21 yaşlı gənci avtomobil vurub

Kürdəmirdə 21 yaşlı gənci avtomobil vurub

Kürdəmir rayonunda 21 yaşlı gənci avtomobil vurub. "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, rayonun Muradxan kənd sakini, 1997-ci il təvəllüdlü Arif İsmayıl oğlu Mahmudovu yolu keçmək istəyərkən "VAZ-21015" markalı avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Oktyabrın 7-də isə Rusiya vətəndaşlarının içərisində olduğu avtomobil Kürdəmir rayonunda qəzaya uğramışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə