Konqoda yanacaq tankeri ilə yük avtomobili toqquşub

Konqoda yanacaq tankeri ilə yük avtomobili toqquşub

Konqo Demokratik Respublikasında yanacaq tankerinin yük avtomobili ilə toqquşması nəticəsində güclü partlayış olub. Anadolu agentliyi xəbər verir ki, bu barədə Mərkəzi Konqo əyalətinin müvəqqəti valisi Atou Matubuana yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, partlayış nəticəsində azı 50 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib. Əyalət rəsmiləri ölü sayının artacağını istisna etmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə