Müalicə xərclərini ödəmək üçün Nobel mükafatını satan amerikalı fizik Leon Lederman 96 yaşında vəfat edib. SİA-nın verdiyi məlumata görə, alimin 37 illik həyat yoldaşı Carr Lederman onun qocalar evində dünyasını dəyişdiyini açıqlayıb.
Qeyd edək ki, Leon Lederman 1988-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülüb. 2015-ci ildə isə müalicə xərclərini ödəmək üçün mükafatı hərraca çıxararaq 765 min dollara satıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB