Səudiyyə Ərəbistanı ABŞ-a öz təhlükəsizliyi ilə bağlı pul ödəməyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu fikirləri Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Saud ABŞ prezidenti Donald Trampın Ər-Riyada bununla bağlı tələbini şərh edərkən deyib.
“Hazırda biz ABŞ-da təhlükəsizliyimiz qarşılığında heç bir ödəniş etmək fikrində deyilik. Səudiyyə Ərəbistanı ABŞ-dan əldə etdiyi silahların qarşılığında kifayət qədər pul ödəyib və bu silahlar bizə pulsuz başa gəlməyib. ABŞ-la əlaqələrimiz inkişaf etdiyi bir gündən biz onlardan aldıqlarımıza görə vəsait ödəyirik ”,- deyə vəliəhd bildirib.
Onun sözlərinə görə, iki il bundan öncəyə qədər Səudiyyə Ərəbistanı başqa ölkələrdən silah alırdı. Lakin Trampın hakimiyyətə gəlişindən sonra Krallıq bu ölkədən daha 10 il müddətində silah almaq qərarı qəbul etdi. Hansı ki, buna Ər-Riyad 400 milyard dollar xərcləyəcək: “Bu razılaşma Səudiyyə Ərəbistanının özünün silah istehsalı etməsinə və hər iki ölkədə yeni iş yerlərinin açılmasına xidmət edəcək. İki ölkə arasında əldə olunan razılaşma ölkələrin iqtisadi inkişafına töhfə verməklə yanaşı, onların təhlükəsizliyinin gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.
Varis qeyd edib ki, ABŞ prezident Barak Obamanın rəhbərliyi dövründə Orta Şərqdə Səudiyyə Ərəbistanının mövqeyinə zidd siyasət yürüdürdü: “Lakin Ər-Riyad öz maraqlarını qoruya bildi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB