Hindistan Rusiyadan S-400 zenit-raket kompleksləri alacaq

Hindistan Rusiyadan S-400 zenit-raket kompleksləri alacaq

Hindistan Rusiyadan müasir S-400 zenit-raket kompleksləri alacaq. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, müvafiq müqavilə Putinlə Hindistanın baş naziri Narendra Modi arasında imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, Hindistana S-400 raketlərinin 5 divizionu satılacaq. Müqavilənin 6,2 milyard dollar həcmində olacağı gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə