Yaponiyanın cənubunda və cənub-qərbində tüğyan edən "Konq-rey" qasırğası zamanı azı 8 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə. təbii hadisə zamanı Okinava və Kaqosima prefekturasının 30 mindən çox sakini elektrik enerjisindən məhrum olub. Yerli dildə "Gözəl qız" tərcüməsini verən "Konq rey" qasırğası hazırda Honsü adası istiqamətində hərəkət edir.
Məlumata görə, küləyin sürəti saatda 60 kilometrə çatır.
Qeyd edək ki, Yaponiyada həmçinin 5,3 bal gücündə zəlzələ olub. Təbii hadisə zamanı 1 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB