Misirdə 15 terrorçu məhv edilib

Misirin Daxili İşlər Nazirliyi Sinay yarımadasının şimalında Əl-Ariş şəhərində 15 terrorçunun zərərsizləşdirilməsi barədə məlumat yayıb. SİA Misir DİN-in bəyanatına istinadla xəbər verir ki, terrorçu ünsürlərin Əl-Ariş şəhərində yerləşən fermaların birində yerləşməsi barədə operativ məlumat alan təhlükəsizlik qüvvələri ekstremistlərin dərhal zərərsizləşdirilməsi əməliyyatını həyata keçiriblər. Atışma nəticəsində bütün terrorçular məhv edilib. Qeyd olunur ki, terrorçular Misirdə keçiriləcək “6 oktyabr – Qələbə Günü” bayramında terror aktları törətməyi planlaşdırırmış.

Məlumatda, həmçinin döyüşçülərin zərərsizləşdirildiyi yerdə 5 avtomatik silah, 4 tüfəng, 3 partladıcı qurğu və çoxlu sayda döyüş sursatı aşkarlandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə