Yaponiyada sabaha təyin olunmuş azı 198 daxili aviareys təxirə salınıb. “Report” NHK telekanalına istinadən xəbər verir ki, buna səbəb "Konq-rey" tayfununun ölkəyə yaxınlaşmasıdır. Təxirə salınan aviareyslərin əksəriyyəti tayfunun gözləndiyi ölkənin cənubundakı Okinava adasının hava limanlarıdır.
Xatırladaq ki, ötən həftə baş vermiş tayfun nəticəsində Yaponiyada 4 nəfər ölmüş, 200-dək sakin xəsarət almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB