ABŞ: "İran Suriyada olduğu müddətdə biz buranı tərk etməyəcəyik"

ABŞ: "İran Suriyada olduğu müddətdə biz buranı tərk etməyəcəyik"
ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Suriyanı tərk etmə şərtlərini açıqlayıb. Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Cefri açıqlamasında İranla bağlı fikirlərə yer verib. O, "İranı Suriyadan zorla çıxarmayacağıq, Rusiya belə bu ölkəni zorla çıxarmağa müvəffəq ola bilməz. İran Suriya höküməti tərəfindən dəvət edilib. Siyasi proseslərin nəticəsində İranın bu ölkədə qalmasına ehtiyac olmayacağına ümid edirik. Lakin İran Suriyada olduğu müddətdə biz də ölkəni tərk etməyəcəyik. Meydanda olmaq deyəndə, sadəcə hərbi qüvvələrin bu ölkədə yerləşməsi nəzərdə tutulmur, diplomatik mənada Suriyada qəti şəkildə varlığımız davam edəcək", - deyə bildirib.

Qeyd edək ki, Ceyms Cefri Suriyanın İdlib şəhərində Türkiyə və Rusiyanın razılığa gəlməsini "möcüzə" adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB