Zəlzələ və sunamidən sarsılan İndonezyada ölü sayı artır FOTO

Zəlzələ və sunamidən sarsılan İndonezyada ölü sayı artır FOTO

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və sunami nəticəsində həlak olanların sayı 384 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, təbii fəlakət nəticəsində 356 nəfərin yaralandığı, həmçinin itkin düşənlərin olduğu deyilir. Ölənlərin sayının arta biləcəyi də ehtimal olunur.

Xatırladaq ki, ötən gün Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.7 bal gücündə olub.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə