Xaçaturovun postdan getməsi müzakirə olunub

Xaçaturovun postdan getməsi müzakirə olunub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin dəyişməsi gündəmə gəlib. SİA-nın məlumatına görə, məsələ qurumun Xarici İşlər Nazirləri Şurasının 26 sentyabr iclasında müzakirə olunub. İclas Nyu-Yorkda keçirilib.

1992-ci ildə hərbi-siyasi alyans kimi yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. KTMT-nin ali vəzifəli şəxsi baş katibdir. 2017-ci il mayın 2-dən həmin vəzifəni erməni general-polkovnik Yuri Xaçaturov tutur.

Yuri Xaçaturov 1952-ci ildə Gürcüstanda anadan olub. Uzun illər sovet ordusunda qulluq edib. 1992-ci ildən Ermənistan ordusunda xidmətə başlayan Yuri Xaçaturov Azərbaycan torpaqlarının işğalının iştirakçısıdır. 2008-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub, 2016-cı ildən Ermənistan Milli Təhlükəsizlik Şurasına katiblik edib.

Bu il Ermənistanda Yuri Xaçaturova dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı irəli sürülüb. İyul ayında həbsinə vəsatət verilmiş Yuri Xaçaturovu məhkəmə pul girovu müqabilində azadlığa buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə