Bu ölkədə “kommunizm” ləğv olunur

Bu ölkədə “kommunizm” ləğv olunur

Türkmənistanda pulsuz qaz, elektrik enerjisi, içməli su və xörək duzu verilməsi 2019-cu il yanvarın 1-dən dayandırılır. Məlumata görə, qərar ali hökumət qurumu olan Xalq Şurasının 26 sentyabr iclasında qəbul edilib.

Yenilik azad bazar münasibətlərinin inkişafı, eləcə də kommunal xidmət xərclərinin sadələşdirilməsi zərurəti ilə əsaslandırılıb.

Türkmənistan əhalisinə qaz, elektrik enerjisi, içməli su 1992-ci ildən pulsuz verilir. Həmin qərar 2030-cu ilə qədər qüvvədə olmalı idi.

Xalq Şurasının 26 sentyabr iclasında çıxarılan qərara əsasən, 2019-cu il yanvarın 1-dən qaz, elektrik enerjisi, içməli su və xörək duzu əhaliyə güzəştli qiymətlə satılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə