Son günlər Panamada qeyri-sabit hava şəraiti müşahidə edilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aramsız yağan yağışlar ölkədə subasmaya səbəb olub. Nəticədə təxminən 8 nəfər ölüb, 1,5 min insan yaşayış yerlərini itirib. Avtomobil yolları dağıntıya məruz qalıb. Yerüstü nəqliyyatın hərəkəti çətinləşib. Ölkə ərazisində olan su hövzələrində suyun səviyyəsi kritik həddə çatıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində Atlantik okean ilə Sakit okeanı birləşdirən əsas dəniz yolu sayılan Panama kanalında gəmilərin hərəkəti dayandırılıb. Qeyd edək ki, uzunluğu təxminən 81km təşkil edən Panama kanalından gündə təxminən, 50 gəmi keçir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB