Serbiyalı muzdlular Donetskdə torpaq satırlar FOTO

Serbiyalı muzdlular Donetskdə torpaq satırlar FOTO

Tanınmayan “Donetsk Xalq Respublikasında” Ukrayna hərbi birləşmələrinə qarşı muzdla döyüşən serbiyalı Deyan Beriç öldürülüb. SİA Ukraynanın unian.net saytına istinadən xəbər verir ki, o, ölümündən qabaq Ryazan yaxınlığında zəbt etdiyi 21 hektar ərzini 1 milyon rus rubluna satmaq istəyib.

Ukraynalı jurnalist Denis Kazanskiy isə öz tvitter səhifəsində yazıb: “Serbiyalı muzdlu müharibədə pis qazanmayıb. Ryazan altında 21 hektar ərazi əldə edib, indi də satır... Milyon rubldan artıq istəyir. O, Donbasa və onun əhalisinə qarşı daha nələr etməyib? Hər yerdən buraya asan qazanc dalınca bör-böcəklər axışır”.

Qeyd olunur ki, Deyan Beriç 2017-ci ilin avqustunda da güllə yarası almışdı. Bu ilin martın sonlarında isə aldığı güllə yarasından canını qurtara bilməyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə