Portuqaliyada qasırğa baş verib

Portuqaliyada qasırğa baş verib

Portuqaliyanın mərkəzində yerləşən Santaren vilayətində qasırğa baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, vilayətin Tomar və Ferreyre-du-Zezero şəhərlərində eyni zamanda Venda Nova yaşayış məntəqəsində qeydə alınan təbiət hadisəsi nəticəsində azı 36 nəfər xəsarət alıb. Onlardan 19-u azyaşlıdır.

 

Verilən məlumata əsasən güclü külək təxminən 200 yaşayış evi və bir neçə sənaye tikilisini dağıntılara məruz qoyub, ağacların yollara aşması nəqliyyatın hərəkətini iflic vəziyyətə salıb. Hazırda qasırğanın nəticələrinin aradan qaldırılması istiqamətində hadisə bölgələrində müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə