İspaniyadan Rusiyaya uçan təyyarə təcili eniş edib. “Report”un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, buna səbəb avialaynerdəki sərnişinlərdən birinin halının pisləşməsi olub.
Belə ki, İspaniyanın “Privilege Style” aviaşirkətinə məxsus təyyarə Saraqosadan Sankt-Peterburqa uçarkən sərnişinlərdən birinin səhhəti qəfil pisləşıb. Sərnişin bayılandan sonra kapitan Vilnüs hava limanına təcili eniş qərarını verib. Burada təyyarəyə çağırılan həkim briqadası xəstənin öldüyünü müəyyənləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB