Sara Sanders: ""New York Times" Trampdan üzr istəməlidir" QALMAQAL

Sara Sanders: ""New York Times" Trampdan üzr istəməlidir" QALMAQAL

“New York Times” qəzeti hörmətsizlik etdiyinə görə, ABŞ prezidenti Donald Trampdan üzr istəməlidir" - deyə, Ağ Evin sözcüsü Sara Sanders açıqlama verib. SİA-nın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, “New York Times” qəzeti ABŞ rəhbərliyi ilə bağlı adı açıqlanmayan mənbənin məlumatını dərc edib.

Ağ Evin mətbuat nümayəndəsinin məlumatında qeyd olunur ki, vəzifə səlahiyyətlərindən istifadə edən hökumət nümayəndələri prezident Donlad Trampa qarşı çıxmağa cəhd ediblər: “Biz bu xəbərə məyus olduq, lakin qəzetin belə tələsik və eqoist bir məqaləni dərc etməyə qərar verdiyinə təəccüblənmədik. Çünki, bu həmin "nüfuzlu qəzetin” növbəti təxribatçı addımıdır. Prezident seçkiləri ərəfəsində olduğu kimi Trampın (seçkiqabağı) kampaniyasına kölgə salmaq məqsədi ilə qara piyar aparması da daxil olmaqla, bu hərəkətlərinə görə həmin qəzet ABŞ prezidentindən üzr istəməlidir. Bu liberal media tərəfindən prezidentin ləyaqətini itirməsi üçün aparılan əlaqəli səylərin bir nümunəsidir”.

S.Sanders qeyd edib ki, cəsarətli və iddialı çıxışları ilə gündəmə gələn Tramp xalqa vermiş olduğu sözləri yüksək şəkildə yerinə yetirir: "Onun iki ildən az müddət ərzində əldə etdiyi nailiyyətlər diqqət çəkir. Bu isə yalnız təqdirə layiqdir".

Qeyd edək ki, son zamanlar Tramp və onun rəhbərlik etdiyi qurumla bağlı tənqidi nəşrlərin sayının artması, noyabrın 6-da ABŞ Konqresində keçiriləcək seçkilərin yaxınlaşması kimi qiymətləndirilir. Belə ki, Demokratlar qələbə qazandıqları təqdirdə, ABŞ rəhbərliyini ciddi islahatlar həyata keçirmək imkanından məhrum edəcəklər.

Hazırda Konqresin hər iki palatasına nəzarət Trampın da üzvü olduğu partiya - Respublikaçılar tərəfindən həyata keçirilir.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə