Britaniya Skripalların qətlində şübhəli bilinənlərin adlarını açıqlayıb
Böyük Britaniyanın hüquq-mühafizə orqanları rusiyalı keçmiş kəşfiyyat zabiti Sergey Skripalın və onun qızının zəhərlənərək qətlə yetirilməsində şübhəli bilinən şəxslərin adlarını açıqlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, həmin hadisə ilə əlaqədar iki nəfər Rusiya vətəndaşı - Aleksandr Petrov və Ruslan Boşirov barəsində həbs əmri verilib.
Britaniya polisi həmin şəxslərin həbsi üçün kifayət qədər dəlillərin olduğunu bəyan edib. Polisdən bildirilib ki, şübhəlilər martın 2-də Londona gəliblər. A.Petrovun və R.Boşirovun qaldıqları oteldə zəhərləyici maddə olan “Noviçok” tapılıb.
Xatırladaq ki, bu ilin martında Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti 66 yaşlı Sergey Skripal Londonda 33 yaşlı qızı Yuliya ilə birlikdə zəhərlənib. Rəsmi London Skripal ailəsinin zəhərlənməsində Rusiyanı ittiham edir. Rusiya isə bu ittihamları qəti şəkildə inkar edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB