Kabildə partlayış törədilib, 20 nəfər ölüb (YENİLƏNİB)

Kabildə partlayış törədilib, 20 nəfər ölüb (YENİLƏNİB)

Əfqanıstanın paytaxtı Kabildə baş verən iki partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. “Report”un 1TV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ölkə paytaxtının qərb hissəsində törədilmiş terror aktı nəticəsində daha 70 nəfərin yaralandığı bildirilir.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Nəcib Daniş bildirib ki, partladıcı qurğu terrorçu kamikadze tərəfindən işə salınıb. Hələlik heç bir silahlı qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə