Cənubi Amerika ölkəsi olan Kolumbiyanın şimal-qərbində torpaq sürüşməsi baş verib. Torpaq altından hələlik 23 cəsəd çıxarılıb. SİA-nın Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, yüzdən çox adam itkin düşüb.
Hadisə paytaxt Baqota şəhərinin 400 kilometr şimal-qərbindəki Medellin şəhərinə yaxın Bello qəsəbəsində baş verib. Sürüşməyə səbəb kimi normadan artıq yağışlar göstərilir. Ümumilikdə, 125 adamın daş və torpaq altında olduğu bildirilir. Xilasetmə qrupunun rəhbəri bildirib ki, xilasedicilər kimlərinsə sağ qalma ehtimalını nəzərə alaraq torpağı çılpaq əlləri ilə qazırlar.
Normadan artıq yağışların səbəb olduğu sel və torpaq sürüşmələri zamanı Kolumbiyada bu il 170-dən çox adam həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB