Əfqanıstanda 16 təhlükəsizlik qüvvəsi öldürülüb

Əfqanıstanda 16 təhlükəsizlik qüvvəsi öldürülüb

Əfqanıstanın şərqində "Taliban" radikal hərəkatın hücumu nəticəsində 16 hüquq-mühafizəçisi həlak olub, 15 nəfər isə yaralanıb. SİA-nın RİA-Novosti-yə istinadən məlumatına görə, bu barədə Əfqanıstanın “1”TV telekanalına adı açıqlanmayan mənbədən bildirilib.

Məlumata görə, Paktiya vilayətində gecə yarısı edilən hücum səhərə yaxın başa çatıb. Silahlı şəxslər döyüş zamanı ictimai asayişin qorunmasına xidmət edən 13 nəfər hərbçini və üç polis məmurunu öldürüb. Hadisə nəticəsində 15 nəfər hərbçi yaralanıb.

Vilayət quberniyasının nümayəndəsi də hücumla bağlı məlumatları təsdiqləyib.

Qeyd edək ki, Əfqanıstanda müəyyən bir ərazini işğal etmiş və böyük şəhərlərə qarşı hücumlar təşkil edən "Taliban" radikal hərəkatının hökumət qüvvələri ilə qarşıdurması var.

Əfqanıstan "İslam Dövləti" terrorçu qrupunun təsiri altında olduğu üçün ölkənin Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri terrorizmlə mübarizə aparmaq üçün ölkə daxilində birgə əməliyyatlar aparırlar.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə