Yaponiyaya "Jabi" güclü tayfunun yaxınlaşması nəticəsində on üç Yapon aviaşirkəti ölkənin mərkəzi hissəsində və cənub-qərbdə 589 uçuşun ləğvi barədə məlumat yayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hava daşıyıcıları, Kansay, Osaka və Kobe şəhərlərindən uçuş və eniş edən uçuşları təxirə salmaq məcburiyyətində qalıblar. Ləğv edilən uçuşların sayı artmaqda davam edir.
Dəmiryolu şirkətləri, xüsusilə də Qərbi Yaponiya Dəmiryolu Şirkəti Shinkansenə gedən sürətli, Osaka və Hiroşima şəhərləri istiqamətində fəaliyyət göstərən isə ekspres qatarların gedişini təxirə salıblar.
Hazırda tayfun Yaponiyaya Cənub-şərqdən yaxınlaşır və şimala doğru hərəkət edir. Bu cür hərəkətlə tayfunun Çərşənbə günü səhər saatlarında ölkənin bütün ərazilərindən keçəcəyi ehtimal olunur. Tayfun mərkəzindəki təzyiq hazırda 945 hektopaskaldır. Küləyin sürəti saniyədə 45-60 metr arasıdır. .Meteoroloqlar bunu bu il ən güclü tayfunu adlandırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB