Əfqanıstanda bir amerikalı hərbçi öldürülüb

Əfqanıstanda bir amerikalı hərbçi öldürülüb

Əfqanıstanın şərqində silahlı hücum nəticəsində bir amerikalı hərbçi öldürülüb, daha biri isə yaralanıb. Bu barədə ABŞ-ın Əfqanıstandakı NATO missiyasının saytı məlumat yayıb. Hadisənin təfərrüatı açıqlanmır. Yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Missiyadan bu faktın ABŞ-ın Əfqanıstanda cari il ərzində öldürülən altıncı hərbçisi olduğu da vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə