İspaniyada yol qəzasında 5 nəfər ölüb

İspaniyada yol qəzasında 5 nəfər ölüb

İspaniyada sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə İspaniya Mülki Qvardiyası və Milli Polisindən bildiriblər.

Belə ki, Aviles şəhərində Kudilyero-Aviles-Xixon marşrutu ilə hərəkətdə olan avtobus piyada üst keçidinin beton dayağına çırpılıb. Nəticədə 5 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Onlardan bəziləri xəstəxanaya helikopterlə daşınıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə