Beş ayda 406 nəfər qatardan yıxılaraq ölüb - Hindistanda

Beş ayda 406 nəfər qatardan yıxılaraq ölüb - Hindistanda

Hindistanda 5 ayda 406 nəfər qatardan yıxılaraq ölüb. SİA-nın “Hindistan Times”ə istinadən verdiyi məlumata görə, onlar qatar hərəkətdə olarkən qapılardan sallandıqlarına görə qəzaya düşüblər.

Hindistan Dəmir Yollarının rəsmisi Niket Kauşik bildirib ki, bu il Mumbay şəhərində qatardan yıxılaraq ölənlərin sayı keçən illə müqayisə artıb. Onun sözlərinə görə, bu il yanvar ayından iyuna qədər 406 nəfər bu səbəblə öldüyü halda , 871 nəfər ağır yaralanıb. Ancaq ötən il eyni aylarda 360 nəfər qatardan yıxılaraq dünyasını dəyişib.

Məsul şəxslər qaratarların qapılarından sallandıqlarına görə bu il ümumilikdə 5 min 105 sərnişinin cərimələndiyini qeyd ediblər.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə