Zəvvarları daşıyan avtobus aşıb, ölən var

Zəvvarları daşıyan avtobus aşıb, ölən var
Ekvadorda sərnişin avtobusunun aşması nəticəsində ən azı 10 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla səhər saatlarında, yolda güclü duman olan zaman baş verib. Avtobus ölkənin cənubunda yerləşən Kuenka şəhərindən Loxa şəhərinə gedirdi. Məlumata əsasən, avtobusdakı sərnişinlərin çoxu Loxa şəhərinin kafedral kilsəsinə dini bayrama yollanan zəvvarlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə