Con Kerri ABŞ prezidenti olmaq istəyir

Con Kerri ABŞ prezidenti olmaq istəyir

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri 2020-ci ildən keçiriləcək prezident seçkisində yenidən namizəd olacağını açıqlayıb. Axar.az xəbər verir ki, bunu Kerri CBC televiziyasına müsahibəsində bildirib.

“2020-ci il seçkisindən danışmaq zamanın boşa xərclənməsi və diqqətin yayınmasıdır. İndi biz diqqətimizi Konqresə keçiriləcək seçkilərə yönəltməliyik. Mən bundan sonra da mübarizəmi davam etdirəcəyəm” – deyə o bildirib. Qeyd edək ki, Kerri 2004-cü ildə prezidentliyə namizəd olub. O bu seçkidə Corc Buşa uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə