Yunanıstan silkələndi

Yunanıstanda zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələ 5,1 bal gücündə baş verib. Amerika Geoloji Araşdırmalar Mərkəzindən (USGS) bildirilib ki, zəlzələnin episentri yerin 9 kilometr dərinliyində qeydə alınıb. Mərkəzin tərtib etdiyi xəritədən bəlli olur ki, titrəyiş dağlıq bölgədə baş verib.

Zəlzələ nəticəsində indiyədək heç bir ölüm və yaralanma halı qeydə alınmayıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə