ABŞ prezidenti Donald Tramp ölkəsini Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxara biləcəyini deyərək, sözügedən təşkilatı təhdid edib. SİA-nın məlumatına görə, D.Tramp “Bloomberg News”a verdiyi açıqlamada ÜTT-nin ABŞ-a daha yaxşı münasibət göstərməsinin vacibliyini vurğulayıb. “Əgər yola gəlməsələr, ÜTT-dən geri çəkiləcəyəm”, -deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, D.Tramp keçən ay açıqlamasında ABŞ-a ÜTT tərəfindən çox pis münasibət göstərildiyini, ölkəsinin dezavantajlı vəziyyətə gətirildiyini, bu qurumun fəaliyyətini dəyişdirməli olduğunu demişdi.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB