İsraildə baş verən yanğınla bağlı iki şübhəli şəxs yaxalanıb

İsraildə baş verən yanğınla bağlı iki şübhəli şəxs yaxalanıb

İsraildə Hayfa şəhəri yaxınlığında meşənin yandırılması ilə bağlı olaraq iki nəfər şübhəli şəxs qismində saxlanılıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, küçədə quraşdırılan video kameraların qeydə aldığı görüntülərdə hər iki şəxsin Murka məəbədi yaxınlığında şübhəli əşyalar atdığı görünür. Polis bu şübhəli əşyaların yandırıcı maddə olduğunu istisna etmir.

 

Şübhəli şəxslər Hayfa polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Ancaq polis hələlik saxlanılan şəxslərin meşə yanğınında günahkar olması barədə heç bir məlumat verməyib.

 

Hayfa yanğın mühafizəsinin məlumatına görə isə yanğının mənbəyi Karmel dağındakı Osafiya kəndindəki evin qarşısındakı zibil tullantılıradır. Amma bunun qəsdən və ya səhlənəkarlıq nəticəsində baş verdiyi hələlik məlum deyil.

 

Qeyd edək ki, İsrailin şimalında Hayfa şəhərində baş vermiş meşə yanğını çoxsaylı insan tələfatına səbəb olub. Verilən son məlumata əsasən, hadisə yerində avtobusun alovlanması, azı, 40 nəfərin ölümü ilə nəticələnib. Həlak olanların Damon həbsxanasından dustaqların təxliyyəsinə cəlb olunmuş həbsxana bələdçilərinin olduğu bildirilir. Onlarla insanın xəsarət aldığı barədə məlumat verilir. Yanğının ümumi sahəsi, təxminən, 2800 hektar təşkil edir. Ümumilikdə, 15 min insan hadisə yerindən təxliyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə