Yaponiya və Misirdə H5N1 virusu aşkarlanıb

Yaponiya və Misirdə H5N1 virusu aşkarlanıb

Yaponiyanın Simane prefekturasında quş qripi aşkarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, prefekturada yerləşən quşçuluq fermalarından birində tələf olmuş 5 quşda H5N1 virusu aşkarlanıb. Təhlükəsizlik təbdirləri çərçivəsində təxminən, 21 min ev quşu məhv edilib. İlkin ehtimala görə, xəstəliyin ev quşları arasında yayılmasına virus daşıyıcıları olan köçəri quşların ferma ərazisinə keçməsi səbəb olub. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür.

 

Eyni zamanda Misirin şimalında quş qripi insan tələfatına səbəb olub. Bildirilir ki, virus Nil çayının deltasında yerləşən Dahaliyə yaşayış məntəqəsində 29 yaşlı qadının həyatına son qoyub. H5N1 virusu 2010-cu ildə Misirin Dahaliyə yaşayış məntəqəsində qeydə alınmış 10-cu ölüm hadisəsidir.

 

Qeyd edək ki, Misirdə quş qripi virusu ilk dəfə 2006-ci ildə aşkarlanıb və bu günədək ümumilikdə 95 insanın ölümünə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə