Oktyabr ayından vüsət götürən vəba xəstəliyi Haitidə sürətlə yayılır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xəstəlik artıq 1721 nəfərin ölümünə səbəb olub. Mənbəyə əsasən, ən çox tələfat xəstəliyin baş qaldırdığı, ölkənin şimalında yerləşən Artibonit departamentində qeydə alınıb.
Xəstəliyin artıq paytaxt Port-O-Prens şəhərinə keçdiyi və burada 162 nəfərin həyatına son qoyduğu bildirilir. Qeyd edək ki, vəba xəstəliyi Haitidə baş vermiş zəlzələdən sonra kütləvi şəkildə yayılmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB