Rusiya Yunanıstana nota verdi

Rusiya ilə Yunanıstan arasında yaşanan gərginlik davam edir. SİA-nın verdiyi məlumata görə, ötən ay Yunanıstana səfər edən 2 rusiyalı diplomatın ölkənin daxili işlərinə müdaxilə etməsi səbəb göstərilərək girişinə qadağa qoyulub. İki ölkə arasında gərginliyə yol açan bu hadisədən sonra Rusiya da Yunanıstana qarşılıq verdi.

Rusiya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib ki, ötən ay 2 diplomatımız sərt şəkildə Afinadan qovulub: “Məsələ ilə bağlı Yunanıstanın Rusiyadakı səfiri Andreas Friganasa Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə