İndoneziyada 5,5 bal gücündə zəlzələ olub

İndoneziyada 5,5 bal gücündə zəlzələ olub

İndoneziyanın Siberut adası yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib. SİA ABŞ Geoloji Xidmətinə istinadla xəbər verir ki, yeraltı təkanlar bazar günü yerli vaxtla saat 8:56 dəqiqədə adadan 93 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərəçəkənlər barədə hələlik məlumat verilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə