"Bir çox məsələni müzakirə etdilər və konstruktiv söhbət baş tutdu." Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert Pompeo ilə Çavuşoğlunun görüşünü şərh edərkən deyib. "İki ölkə arasında problemlərin aradan qaldırılması üçün səy göstəriləcək", - Noyert qeyd edib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Sinqapurda görüşüb. Mövlud Çavuşoğlu görüşdən sonra jurnalistlərə açıqlamasında ABŞ və Türkiyənin mövcud problemlərlə bağlı birlikdə çalışmaq barədə razılığa gəldiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB