Əfqanıstan ordusu genişmiqyaslı əməliyyat keçirir

Əfqanıstan ordusu genişmiqyaslı əməliyyat keçirir

Əfqanıstan Milli Ordusu Helmand vilayətində Taliban terrorçularına qarşı xüsusi əməliyyat keçirib. SİA “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Helmand vilayətin Kayaki mahalında həyata keçirilən anti-terror əməliyyatı nəticəsində Taliban əsirliyində olan 61 dinc sakin azad edilib. Əfqanıstanın xüsusi təyinatlılarının komandiri Munib Amiri KİV-ə verdiyi açıqlamada bildirib ki, terrorçulara qarşı əməliyyatlar davam edir.

Qeyd edək ki, böyük şəhərlərin ətrafında yerləşən Taliban terrorçuları mütəmadi olaraq yaşayış məntəqələrinə hücumlar edərək dinc insanları qətlə yetirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə