Çində yol qəzası - 9 ölü

Çinin Quandun əyalətində ağır yol qəzası baş verib. SİA RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Qəzaya sement daşıyan maşının iki sərnişin avtomobili ilə toqquşması səbəb olub.

Polis yük maşınının sürücüsünü həbs edib, qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə