ABŞ-dan sərt xəbərdarlıq: "Sanksiyalara əməl olunmasa..."

ABŞ-dan sərt xəbərdarlıq: "Sanksiyalara əməl olunmasa..."

Respublikaçılar Partiyasından olan senatorlar Almaniya, Fransa və Böyük Britaniyanın ABŞ-dakı səfirliklərinə bu ölkələrin İrana qarşı ABŞ sanksiyalarının əleyhinə çıxmamaları barədə xəbərdarlıq məktubu göndəriblər.

Axar.az xəbər verir ki, sözügedən məktubun müəllifləri arasında Ted Kruz, Marko Rubio, Tom Kotton kimi senatorlar olub. Məktubda ABŞ sanksiyalarının sadəcə hökumət qərarları olmadığı, bir çoxunun Konqresin qəbul etdiyi federal qanunların tələbi olduğu qeyd olunub.

“Sizə ABŞ sanksiyalarına əməl etməyiniz və ABŞ-ın qanunlarından qaçmaq və ya onları zəiflətmək cəhdlərinizin bizdə yaratdığı müstəsna narahatlığımızı vurğulamaq üçün yazırıq”, - məktubda deyilib.

Senatorlar həmçinin sanksiyalara əməl olunmamasının nəticələrinin olacağını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə