Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçi Haaqa BMT Müharibə Cinayətləri Məhkəməsində müdafiə edən vəkillərdən biri öldürülüb.
Axar.az xəbər verir ki, vəkil ötən gün axşam saatlarında qətlə yetirilib. Hadisə zamanı Serbiyanın paytaxtı Belqradda evinin qarşısında vurulan 56 yaşlı vəkil Draqoslav Oqnyanoviçin 26 yaşlı oğlu da qolundan yaralanıb.
Cinayətkarın yaxalanması istiqamətində əməliyyat tədbirləri başladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB