Pakistanda seçki bülletenlərini daşıyan maşınlar atəşə tutulub

Pakistanda seçki bülletenlərini daşıyan maşınlar atəşə tutulub

Pakistanın Bəllucistan əyalətinin Buleda şəhərində seçki bülletenlərini daşıyan maşınlar atəşə tutulub. Anadolu agentliyi xəbər verir ki, hücum nəticəsində üç hərbçi, dörd mülkü vətəndaş qətlə yetirilib. Həmçinin 10-dan çox hərbçi yaralanıb. Terror aktının İŞİD tərəfindən törədildiyi ehtimal olunur.

Pakistan Müdafiə Nazirliyindən verilən məlumata görə, yaralılar Karaçi şəhərindəki xəstəxanaya yerləşdirilib. Məlumata görə, silahli hücumun seçki prosesinə heç bir təsiri olmayıb. Pakistan Mərkəzi Seçki Komissiyasından bildirilib ki, 106 milyon seçicinin böyük əksəriyyəti səsvermədə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə