Gürcüstanın Kutaisi şəhərində yerləşən Çuqunəritmə zavodunda güclü partlayış olub. SİA xəbər verir ki, partlayış nəticəsində zavodun dəmir konstruksiyası dağılıb və yanğın baş verib. Beş nəfər ağır xəsarət alıb.
Gürcüstan Fövqəladə Halları Xidmətindən bildirilib ki, hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb və alovun tam söndürülməsi davam etdirilir.
Gürcüstanın müvafiq strukturları hadisəsinin səbəblərini araşdırır, faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB