Türkiyənin Hakkari vilayətində İraqda ölkəyə sızmaq istəyən terroristlər məhv edilib. SİA Türkiyənin “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Hakkarinin Yüksəkova ilçəsində 4 PKK terrorçusu həyata keçirilən hava əməliyyatı nəticəsində məhv edilib. Təhlükəsizlik xidmətindən alınan məlumata görə, İraqın şimalından ölkəyə 4 terrorist keçmək istəyib.
Pilotsuz uçan aparat vasitəsi ilə həyata keçirilən hava əməliyyatında terrorçuların hamısı məhv edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB