İsrailin vurduğu qırıcının pilotu ölüb

İsrailin vurduğu qırıcının pilotu ölüb

İsrail Suriyanın hərbi təyyarəsini məhv edib. Axar.az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.

Təyyarənin İsrailin hava məkanını pozaraq, ölkənin daxilinə doğru 2 kilometr məsafədə irəllədiyi bildirilib. Bundan sonra təyyarəyə 2 “Patriot” raketi atılıb. Qeyd edək ki, hələlik rəsmi Dəməşq yayılan məlumatı şərh etməyib.

***

Ən son məlumata görə, vurulan qırıcının bir pilotu ölüb, digərinin taleyi isə naməlumdur. Bu barədə Suriya hərbi dairələri məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə