"Wikileaks" saytında yayımlanan sənədlərə görə, həm İsrail, həm də ərəb ölkələri Vaşinqtondan İrana hücum tələb edib. SİA-nın məlumatına görə, diplomatların yazışmaları Vaşinqtona İrana hücum edilməsi üçün böyük təzyiqlərin olduğunu göstərir. Teleqramlar göstərir ki, İsrail İrana hücum etməsi üçün Barak Obamanın prezident seçildiyi dördüncü aydan ona ultimatum verməyə başlayıb.
ABŞ-ın Təl-Əviv səfirinin Vaşinqtona göndərdiyi bir teleqramda Ehud Olmertin ABŞ-lı həmkarlarına "dünyanın İranı dayandırmaq üçün 18 ayı var" dediyi yazılıb. Daha sonra Ehud Barak da İrana hücumun 2010-cu ilin sonuna qədər nəticə verəcəyini, daha sonra çox geç olacağını söyləyib. ABŞ-lı bir diplomat isə israillilərin həyacanlanmasını belə dəyərləndirib: "İranın nüvə proqramını çox şişirdirlər. Öz fikrimə görə, onlarının buna inandığından belə əmin deyiləm. Şərhlərin qarşısında sual işarəsi qoyulmalıdır".
Sənədlərdə İsrail kəşfiyyat təşkilatı "Mossad"ın rəhbəri Meir Daqanın ABŞ-a İranda kürd və azəri müxalifətindən istifadə edilərək rejimi devirə biləcəklərini söylədiyi də əksini tapıb. Daqan ABŞ-lı bir səlahiyyətli ilə görüşərkən İranda casusluq və gizli əməliyyatlara üstünlük verəcəklərini söyləyir.
Ərəb ölkələri isə İrana qarşı açıqca hücum tələb edir. Sənədlərdə Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz 2009-cu ildə ABŞ prezidenti Barak Obamanın terrorla mübarizə üzrə məsləhətçisi Con Brennana "iranlılara güvənmək olmaz. İran macəraçı bir ölkə və hədəfi problem yaratmaqdır. Allah İranın günahlarından bizi qorusun" ifadəsini işlətdiyi ifadə olunur. Səudiyyə Ərəbistanı kralının İran üçün "ilanın başını kəsmək lazımdır" ifadəsindən istifadə etdiyi də sənədlərdə yer alıb.
Qətər əmirinin ABŞ-lı senator Con Kerri ilə görüş isə 14 Fevral 2010-cu il tarixində Vaşinqtona göndərilən teleqrafla ortaya çıxır. Bu görüşdə Qətər əmirinin "iranlıların söylədikləri yüz sözdən yalnız birinə inanın" ifadəsini işlətdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB