Şumaxerin həyat yoldaşı 30 milyona villa aldı FOTOLAR

Şumaxerin həyat yoldaşı 30 milyona villa aldı FOTOLAR

Formula 1-in əfsanəsi Mixael Şumaxerin həyat yoldaşı Korina Şumaxer yenidən diqqəti öz üzərinə çəkib. O, 30 milyon avro dəyərində böyük bir sərmayəyə imza atıb. SİA-nın məlumatına görə, bu barədə xəbər Alman mətbuatında yer alıb.

Belə ki, Formula 1 əfsanəsinin 49 yaşlı xanımı “Real Madrid” futbol klubunun prezidenti Florentino Peresin 30 milyon avro dəyərində villasını satın alıb. İspaniya ərazisinə məxsus Mallorka adasında yerləşən, 15 min kvadratmetr geniş ərazisi olan villa yaşıllıqla əhatə olunub.

Möhtəşəm evin dənizə açılan mənzərəsi ilə yanaşı, həyətində iki üzmə hovuzu da var.

Qeyd edək ki, xanım Şumaxerin yüksək məbləğdə vəsaitlə aldığı villa uşaqları və dostları ilə tətildə istirahət etmək üçün nəzərdə tutulub.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə