Bazar günü İranın qərbində Kermanşah vilayətinin Təzəhabad yaşayış məntəqəsində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ nəticəsində azı 20 nəfər xəsarət alıb.
SİA-nın TASS informasiya agentliyinə istinadən məlumatına görə, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.
Bu gün, həmçinin İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB