İranda nüvə fiziki öldürülüb

İranda nüvə fiziki öldürülüb

Bu gün səhər saatlarında İran paytaxtında eyni vaxtda reallaşdırılan iki hücum nəticəsində bir nüvə fizikası ilə məşğul olan alim öldürülüb, bir başqası isə yaralanıb. SİA-nın məlumatına görə, İran dövlət televiziyası Tehranda həyata keçirilən hücumlarda İsraili ittiham edib.

 

İran dövlət televiziyası motosikletli cinayətkarların əllərindəki bombaları alimlərin avtomobillərin pəncərələrindən içəri atdığını xəbər verib. Hücumların birində Tehran Universitetində müəllim olan Məcid Şəhriari ölüb, onun yanındakı isə yaralanıb. İkinci hücumda isə nüvə fizikası alimi Feridun Abbasi yaralanıb. Xəbərdə hücumların "sionist rejimin agentləri" tərəfindən reallaşdırıldığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə