Yaponiyanın cənub-qərb və mərkəzi bölgələrində baş verən daşqın nəticəsində ölənlərin sayı 204 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, rəsmi şəkildə itkin düşənlərin sayı 28 nəfərdir. 54 nəfər haqqında isə məlumatlar hələ də öz təsdiqini tapmayıb.
Hökumət hadisə nəticəsoində zərərçəkən 58 bölgəyə 35 milyon dollar məbləğində subsidiya ayırıb. Hazırda fəlakət yerində 73 min özünümüdafiə qüvvələri, polis, yanğınsöndürən, 5.5 min isə könüllü çalışır.
Zərərçəkən ərazilərdə 5 min nəfər təxliyə edilib. 200 min ev susuz qalıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB